Professional səs sistemləri


   TOA şirkəti 1934-cü ildə qurulduğu zamandan bəri səs və rabitə avadanlıqlarının istehsalı sahəsində lider mövqeyi tutur. TOA şirkətinin innovasiya texnologiyaları portfelində kəşfləri də var. Bir sıra patentlərin və istehsal olunan məhsulların müasir texniki səviyyəsi şirkətin təkraredilməz yüksək texniki imicini dəstəkləyir. TOA-nın dünyanın yüzdən çox ölkəsində nümayəndəliyi var. Bölmələrdən biri – TOA Electronics Europe – məhsulların Avropa, Yaxın Şərq və Afrikada satışı və distributurluğunu həyata keçirir.


   TOA şirkəti zəng, şifahi xəbərdarlıq və səs, həmçinin, “dəyirmi masa” tipli konfrans-sistemlər, simsiz konfrans-sistem və ikitərəfli səs rabitə sistemi üçün ən genişəhatəli avadanlıqlar istehsal edir. Əla xarakteristika, universallıq və ən əsası yüksəksəviyyəli etibarlılıq (səsləndirmə sistemləri və təxliyəyə nəzarət avadanlıqlarına hamısına 3 illik zəmanət) sayəsində TOA şirkətinin avadanlıqları yüksək nüfuz qazanıb.