Avtomatik yanğın söndürmə sistemlərinin quraşdırılması
Bütün avtomatik yanğınsöndürmə sistemləri (AYSS) ilk növbədə lokal və mərkəzləşdirilmiş sistemlərə bölünür. Daha sonra AYSS iş prinsipinə görə - sprinkler və drençer növünə görə təsnifləndirilir. Yanğın söndürmə qaydasına görə isə - odsöndürən qarışığın fiziki xassələri və kimyəvi tərkibi ilə fərqlənirlər.
Hər bir AYSS-in tərkibində tüstülənməyə, hərarətin yüksəlməsinə və yanmanın digər əlamətlərinə reaksiya verən məlumatverici cihaz, idarəedici siqnalların qeydiyyatı, hazırlanması və ötürülməsi qurğusu və bilavasitə söndürməni yerinə yetirən icra orqanı olmalıdır. Lokal sistemlər bütün bunları tam halda nəql edilə bilən, quraşdırılan və xidmət edilən vahid blokda birləşdirirlər. Ən sadə və etibarlı lokal sistem - içində odsöndürən qarışıq olan balondan ibarətdir. Bu balonda daima mövcud olan yüksək təzyiq ya hermetikliyin pozulması zaman aradan gedən kimyəvi reaksiya prosesi ilə, ya da idarəetmə impulsunun verilməsi ilə saxlanılır.
Bu sistemdə bağlayıcı klapan kimi sprinklerin özü iştirak edir. Bu sprinklerlərin içində otaqlarda yanğınsız meydana gələ bilən maksimal temperaturdan asılı olaraq, 40oC – 150oC dərəcə arasında işə düşən tezəriyən element vardır. Bir qayda olaraq, belə bloklar yanğın siqnalizasiyası sisteminə yalnız xəbərdaredici cihaz qismində birləşdirilirlər. Amma bu bloklar prinsip etibarilə, ümumiyyətlə hər hansı bir naqilsiz və elektrik enerjisiz də işləyə bilərlər. Bu tipdə olan sistemlərin çatışmayan cəhətləri – onların nisbətən yüksək qiyməti və çəkisi, onlara göstərilən xidmətin mürəkkəbliyi və işə salınmaq üçün vəziyyətin daha dəqiq təhlilinin mümkünsüz olmasıdır.